HAQQIMIZDA:

"AZIMUTH CONSTRUCTION GROUP" sifarişçiyə yüksək səviyyəli xidmətləri təklif edən aktiv qrupdur. Sərmayə və inkişaf, dizayn və layihələrinin idarə olunması ilə bərabər, tikinti və xidmət sahəsində işlərin aparılması və təşkili ilə məşğuldur. Şirkət, təmir-tikinti, bəzək, əsaslı təmir, yenidənqurma və bərpa işlərinin aparılmasından tutmuş, landşaft dizaynı və sənaye, ofis və yaşayış binalarının interyerinin tərtibatı, layihələndirmə və layihə sənədlərinin razılaşdırılması kimi müxtəlif səviyyəli layihələri asanlıqla həyata keçirir. Qrup tək və ya birgə şəkildə xidmət və təchizat zəncirinin inteqrasiyası istiqamətində irəliyə addımlayır.

HƏDƏFİMİZ:

Uğurlu layihələr və yeniliklər. Tikinti və xidmət sferasında sifarişçilərimizə keyfiyyətli xidmət , işçilərimiz üçün isə təhlükəsiz və davamlı iş şəraiti.

MİSSİYAMIZ:

Çətinliyindən asılı olmayaraq layihə və sifarişləri vaxtında təhvil vermək. Xidmət göstərdiyimiz sifarişçiləri, səhmdarları və cəmiyyətimizi işimizin nəticələri ilə razı salmaq.

DƏYƏRLƏR:

Keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin qorunması baxımından öhdəliklər. Qarşılıqlı inam və hörmət əsasında, uğurlu əməkdaşlıq. İşimizdə şəffaflıq və intizam. Gördüyümüz işlərin bütöv şəkildə həlli.